ABŞ-da 71 yaşlı qadın gözəllik müsabiqəsinə qatılıb


71 yaşlı Texas sakini "Miss Texas USA" gözəllik müsabiqəsində iştirak etmək qərarına gəlib.


AFN.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Müsabiqənin tarixində ən yaşlı iştirakçı El Pasodan olan Marissa Teyxo olub. Qadın sosial media səhifəsində bildirib: “Mən "Miss Texas USA" müsabiqəsində iştirak etməkdən çox həyəcanlıyam".

Yarış Hyustonda baş tutacaq. Texas əyalətinin əsas gözəli adı uğrunda o, yüzə yaxın rəqiblə mübarizə aparmalı olacaq. Qalib 4 avqustda Los-Ancelesdə keçiriləcək "Miss USA" finalında Texası təmsil edəcək. "Mən hiss edirəm ki, bütün qadınlar artıqgözəllik və güc baxımından yeni bir mərhələdədir" - deyə 71 yaşlı iştirakçı bildirib.

Eccandc.org xəbər verir ki, Teyxo 8 iyul 1952-ci ildə El Pasoda anadan olub. O, fermada böyüyüb. 40 yaşında fitneslə maraqlanmağa başlayıb və o vaxtdan ağır atletika ilə məşğul olub. Onun əri Daniel Teyxo "CUMMINS Fuel Systems" şirkətində baş texnoloji mühəndisdir.

Bundan əvvəl 60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodrigezin "Miss Argentina 2024" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil etmişdi. Tamaşaçıların böyük dəstəyinə baxmayaraq, qadın müsabiqəni daha gənc iştirakçıya uduzdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu