Aİ-dən 4 milyondan çox ukraynalı qaçqın üçün yeni qərar

Avropa İttifaqı ukraynalı qaçqınların qəbulu üçün xüsusi mexanizmin müddətini daha bir il - 2026-cı ilin mart ayına qədər uzadıb.
AFN.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilir ki, hazırda Aİ ərazisində 4 milyondan çox ukraynalı qaçqın var. “Bu gün Şura 4 milyondan çox ukraynalı üçün müvəqqəti mühafizənin 2026-cı il martın 4-dək uzadılması barədə qərar qəbul edib”, - deyə bəyanatda qeyd edilib.