Litva Rusiya ilə hüquqi yardım haqqında sazişi denonsasiya edib
Litva parlamenti Rusiya Federasiyası ilə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişi denonsasiya edib.
Parlamentin plenar iclasında bunun lehinə 93 deputat səs verib, 5 nəfər bitərəf qalıb, əleyhinə isə səs olmayıb.
Ədliyyə naziri Evelina Dobrovolska bildirib ki, bu qərarın verilməsinə səbəb geosiyasi vəziyyətin dəyişməsi və Rusiyanın yeritdiyi aqressiv siyasət olub. “Belə bir tədbir təcavüzkar ölkə ilə hüquqi təmasları minimuma endirməyə kömək edəcək”, - deyə nazir bildirib.
Rusiya və Litva müqaviləni 1992-ci ildə imzalayıb. Sənəd hər beş ildən bir yeniləyirdi. Müqaviləyə əsasən Rusiya və Litva vətəndaşlarının şəxsi və əmlak hüquqlarını bərabər şəkildə qorumağa və mübahisəli vəziyyətlərdə hüquqi əməkdaşlığı təmin etməyə məcburdur.
Qeyd edək ki, Estoniya və Latviya da Rusiya Federasiyası ilə analoji sazişləri pisləyib.