Hindistanda cəza qanunu yenisi ilə əvəzləndi


Hindistanda Britaniya müstəmləkəçiliyindən qalma cəza qanununu əvəz edən yeni qanun bu gün qüvvəyə minib.



Daxili işlər naziri Amit Şah Hindistanda məhkəmə prosesinə müasir təsir göstərdiyi güman edilən yeni qanunla bağlı açıqlama verib.

Şah bildirib ki, yeni cinayət məcəlləsi müstəmləkə dövrünün qanunlarından fərqli olaraq ədaləti təmin etməyə yönəlib.

Yeni cinayət məcəlləsinin hindlilər tərəfindən yaradıldığını bildirən Şah, Hindistan parlamentində qəbul edildikdən və bu gün qüvvəyə minən qanunun ölkəyə tam bir yenilik gətirəcəyini bildirib.

Bildirilib ki, yeni cinayət qanunu dövlət əleyhinə törədilən cinayətlər, qadın və uşaq qətlləri kimi bir çox sahələri əhatə edir. Yeni qanuna əsasən şikayətlər onlayn verilə bilər və cinayət işi 60 gün ərzində yekunlaşdırıla bilər.

Qeyd edək ki, Hindistan 1947-ci ildə müstəqillik qazansa da, İngiltərənin tətbiq etdiyi cinayət qanunundan istifadə etməyə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu