Cənubi Koreyada prezident Yoonun impiçmenti üçün 810 mindən çox imza toplanıb


Cənubi Koreya prezidenti Yoon Suk Yeolun korrupsiya və müharibə riskini artırmaq kimi ittihamlarla vəzifəsindən uzaqlaşdırılması üçün ölkədə başladılan petisiyaya 810 mindən çox adam qatılıb.



ABC News-un məlumatına görə, prezident Yoon Milli Assambleyanın ictimai petisiya səhifəsində yüz minlərlə insanın impiçment çağırışları ilə üzləşib. İyunun 20-də Milli Məclisin internet saytında paylaşılan petisiyanı indiyədək 810 mindən çox insan imzalayıb.

Milli Məclis on minlərlə insanın imza atmaq üçün sayta daxil olmağa çalışdığını, sıxlıq səbəbindən fasilələrin yarandığını, lakin problemin ən qısa zamanda həll ediləcəyini açıqlayıb.

Müraciətdə parlamentdən Yoonun vəzifəyə yararsız olduğu əsası ilə onun impiçmenti üçün qanun layihəsi təqdim etməsi tələbi yer alır.

Petisiyada Yoon korrupsiyada, Şimali Koreya ilə müharibə riskində və Yaponiyanın qəzaya uğramış Fukusima AES-dən təmizlənmiş radioaktiv su buraxmasının qarşısını ala bilməməklə Cənubi Koreyalıları sağlamlıq risklərinə məruz qoymaqda ittiham edilir.

Qanuna görə, parlament 50 mindən çox insanın imzaladığı ərizələri komissiyaya verməli və komissiya bu vəsatətlərin səsə qoyulub-qoyulmayacağına qərar verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu