Yunanıstanda hava limanının əməkdaşı ilə mübahisə edən millət vəkili partiyasından xaric edilib


Yunanıstanın hakim Yeni Demokratiya Partiyasından olan millət vəkili Lefteris Avgenakis hava limanında bir zabitlə mübahisə etdiyi üçün Yunanıstanın baş naziri və Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakisin qərarı ilə partiyasından xaric edilib.



Daha əvvəl Yeni Demokratiya hökumətində idman naziri, kənd təsərrüfatının inkişafı və qida naziri vəzifələrində çalışmış Avgenakis müstəqil deputat kimi parlamentdəki vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Avgenakis hava limanında bir işçi ilə mübahisə etdiyi və mübahisə etdiyi şəxsi itələdiyi görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu