Almaniya İran İnqilabı Keşikçiləri Korpusu ilə bağlı Aİ-yə müraciət edib - İDDİA


"Süddeutsche Zeitung" qəzetinin xəbərində Almaniya hökumətinin AB-də İran İnqilabı Keşikçiləri Korpusuna qarşı terror sanksiyaları tətbiq etmək üçün rəsmi proses başlatdığı iddia edilib.



Xəbərdə Almaniya Xarici İşlər Nazirliyinin digər Avropa İttifaqına üzv ölkələrin dəstəyi ilə İran İnqilabı Keşikçiləri Korpusunun sanksiya siyahısına salınması üçün müraciət etdiyi iddia edilib.

Məlumatda xarici işlər naziri Annalena Baerbokun may ayında AB Xarici İşlər Nazirləri Toplantısında məsələni gündəmə gətirdiyi və AB-nin hüquq bölməsindən rəy istədiyi bildirilib.

Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell-in uzun müddətdir ki, hüquqi problemlərlə bağlı İrana qarşı terror sanksiyalarının tətbiqinə qarşı çıxdığı iddia edilib.

Xəbərdə AB-yə üzv ölkələrin mümkün sanksiya tədbirlərini yekdilliklə qəbul etmələri lazım olduğuna diqqət çəkilərək, Brüsseldə yekdilliyin əldə olunub-olunmayacağının dəqiq olmadığı, ancaq məsələnin AB Şurasında müvafiq işçi qruplarında müzakirəyə başladığı vurğulanıb.

Qeyd edək ki, Avropa Parlamenti aprelin sonunda İran İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına daxil etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu