Fransanın baş naziri istefa ərizəsini Makrona təqdim edəcək


Fransanın baş naziri Qabriel Attal solçu ittifaqı "Yeni Xalq Cəbhəsi"nin seçkilərdə birinci olduğu növbədənkənar ümumi seçkilərdən sonra bu gün Fransa prezidenti Emmanuel Makrona istefasını təqdim edəcəyini açıqlayıb.



Bu barədə Baş Nazirlik ofisindən açıqlama verilib.

Yeni seçilən 577 millət vəkilini təbrik edən Attal parlamenti buraxmağı seçmədiyini və bunun nəticələrini daşımaqdan imtina etdiyini bildirib.

Attal “Hamımız Cümhuriyyət Uğrunda” alyansının namizədləri ilə mübarizə aparmaq qərarına gəldiklərini bildirərək, “ekstremist partiyaların” Məclisdə mütləq çoxluq təşkil edə bilməyəcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu