Moldova Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşulmayıb


Moldova Rusiyaya qarşı qaz tranzitinə məhdudiyyətlərin daxil olduğu 14-cü sanksiya paketinə qoşulan səkkiz tərəfdaş ölkə və Avropa İttifaqına qəbul üçün namizədlər siyahısına daxil edilməyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell Brüsseldə verdiyi açıqlamada bildirib.

“Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Aİ Şurasının 24 iyun tarixli Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına qoşulublar”, - deyə o qeyd edib.

"Onlar öz milli siyasətlərinin Aİ Şurasının bu qərarına uyğun olmasını təmin edəcəklər. Aİ bu qərarı qeyd edib və alqışlayıb", - Borrell vurğulayıb.

İyunun 24-də Aİ Şurası Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın Avropa limanları vasitəsilə tranzitinə qadağa, yeni ticarət, texnoloji və maliyyə məhdudiyyətləri, habelə qara siyahının genişləndirilməsini ehtiva edən 14-cü sanksiyalar paketini qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu