Nepalda torpaq sürüşməsi: azı 65 nəfər itkin düşüb


Nepalda torpaq sürüşməsi səbəbindən iki sərnişin avtobusunun çaya sürüşməsi nəticəsində ən azı 65 nəfər itkin düşüb.


Bu barədə Nepalın yerli mediası polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Katmanduya gedən avtobusda 24 nəfər, digər Katmandu-Gaur avtobusunda isə 41 nəfər olub. Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.

Qəza cümə günü səhər saatlarında baş verib. Fövqəladə hadisə yerində xilasedicilər işləyir, lakin güclü yağış onların işinə mane olur.

Bundan başqa, faciə yerinə gedən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu