Yaponiya NATO ilə təhlükəsizlik sahəsində geniş əməkdaşlıq etməyi hədəfləyir


Yaponiyanın Baş naziri Kişida Fumio NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq etməyi hədəfləyir.


Baş nazir Kişida ABŞ-da iştirak etdiyi NATO Liderlər Zirvə toplantısından sonra NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib.

Yaponiya lideri burada verdiyi açıqlamada ölkəsinin NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlığa nail olmağı hədəflədiyini, hərbi ittifaqın əsas diqqətini Avro-Atlantik regiona yönəltdiyini bildirib.

Kişida qeyd edib ki, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (MSDF) Avro-Atlantik regionda NATO qoşunları ilə birgə təlim təşkil edəcək.

Yaponiya və NATO-nun həssas kəşfiyyat mübadiləsi prosedurlarını gücləndirəcəyini ifadə edən Kişida, "Avro-Atlantik və Hind-Sakit Okean bölgələrinin təhlükəsizlik mühitləri artıq bir-birindən ayrıla bilməz" - deyə vurğulayıb.

Kişida dezinformasiyaya qarşı mübarizədə NATO ilə daha geniş əməkdaşlıq planlaşdırdıqlarını qeyd edib və ölkəsinin NATO-ya bağlı tədqiqat obyektinə ekspert göndərəcəyini bildirib.

Ölkəsinin 2025-ci ilin mart ayının sonuna kimi NATO üzvlərinin iştirakı ilə beynəlxalq konfransa ev sahibliyi edəcəyini bildirən Kişida Yaponiyanın kiberhücumlarla mübarizə imkanlarını gücləndirmək üçün NATO-nun rəhbərlik etdiyi təlimlərə qatılacağını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu