Yeni Zelandiyada havaya qalxarkən təyyarənin təcili çıxışından tullanan sərnişin tutuldu

Yeni Zelandiyanın Oklend hava limanında havaya qalxan zaman təyyarənin təcili çıxış qapısını açıb yerə tullanan şəxs yaxalanıb.
"Stuff News"un xəbərinə görə, Oklend hava limanında baş verən hadisə ilə bağlı polis səlahiyyətliləri açıqlama verib.
Açıqlamada bir sərnişinin təyyarənin qalxması zamanı təcili çıxış qapısını açaraq yerə tullanaraq yaralandığı bildirilib.
Sözügedən hərəkəti polisdən qaçmaq üçün etdiyi ehtimal edilən 28 yaşlı gəncin polis tərəfindən yaxalandığı qeyd edilib.