Hindistan 21-ci əsrdə ən çox əhalisi olan ölkə olaraq qalacaq
Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə Çini keçərək dünyanın ən sıx əhalisinə malik ölkəsi olacaq Hindistanın 21-ci əsr boyu bu titulu qoruyacağını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) "Dünya Əhalisinin 2024-cü il vəziyyəti" hesabatını dərc edib.
Hesabatda Hindistanın bu il əhalisi 1,45 milyard olaraq təyin olunub. Hindistan 2100-cü ilə qədər ən çox əhalisi olan ölkə olaraq qalacaq.
Əhali 2054-cü ildə 1,7 milyarda çatacaq
Ölkə əhalisinin 2054-cü ildə pik həddinə çatdıqdan sonra azalmağa başlayacağı və təxminən 1,7 milyard nəfərə çatacağı təxmin edilir.
Hesabatda dünya əhalisinin yaxın 50-60 ildə artmağa davam edəcəyi və 2080-ci illərdə bu rəqəmin təxminən 10,3 milyarda çatacağı proqnozlaşdırılır.