Litva Ukraynaya 50 milyon avro dəyərində elektrik avadanlıqları verəcək
Litvanın energetika sektorunun dörd müəssisəsi Ukraynaya 50 milyon avro dəyərində elektrik avadanlıqları təhvil verəcək.
Bu barədə Litvanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, "Amber Grid", "Elektros srystymooperatorius", "Ignitis gamyba" və "Tetas" şirkətləri Kiyevə müvafiq elektrik avadanlıqlarının tədarükü üçün müqavilələr imzalayıb.
"Biz TE3 avadanlığını məqsədyönlü seçmişik - o, təkcə Ukraynanın enerji infrastrukturu üçün uyğun deyil, həm də elektrik şəbəkəsi operatorunun bəyan etdiyi ehtiyaclara cavab verir", - departament "Ignitis gamyba"nın rəhbəri Asta Sangaylinin sözlərini sitat gətirib.
O cümlədən “Tetas” şirkəti əhalinin əsas tələbatını ödəmək üçün 7,2 min ədəddən çox texnikanın ötürülməsini planlaşdırır. Nazirlik əlavə edib ki, 2022-ci ildə xüsusi əməliyyat başlayandan bəri Litva Ukraynaya təkcə enerji sektorunda 13,4 milyon avro məbləğində yardım edib.