İtaliyada həddindən artıq istilər nəticəsində 4 nəfər ölüb


İtaliyada son həftələrdə yüksək temperaturdan 4 nəfər ölüb.


İtaliya mediasında yayılan xəbərə görə, Afrikadan qaynaqlanan və keçən həftədən etibarən təsirli olan həddindən artıq istilər insan tələfatına səbəb olub.

Xəbərlərdə ölkənin cənub-şərqindəki Puglia bölgəsində 3, paytaxt Romada isə 1 nəfərin öldüyü qeyd edilib. Ölənlərin hamısının kişi olduğu və yaşlarının 68-82 arasında olduğu deyilir.

Xüsusilə cənub şəhərlərində temperaturun 40 dərəcədən yuxarı olduğu bildirilib.

Bu arada Səhiyyə Nazirliyi paytaxt Roma, Florensiya, Ancona, Bolonya, Campobasso, Frozinone, Latina, Palermo, Perugia, Pescara, Rieti, Trieste və Viterbo da daxil olmaqla 13 şəhərin risk səviyyəsini çərşənbə günü üçün "qırmızı" olaraq yeniləyib. O, bu şəhərlərdə yaşayanları istidən ehtiyatlı olmaları barədə xəbərdar edib.

Həddindən artıq istilər kənd yerlərində də meşə yanğınlarına səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu