Peruda Amazon meşələrində sivilizasiya olmayan qəbilə aşkarlanıb
Perunun cənub-şərqindəki Amazon meşələrində aparılan ağac kəsmə əməliyyatlarından cəmi bir neçə kilometr aralıda dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” qəbiləsi görüntülənib.
Yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan "Survival International" Perunun cənub-şərqində ağac kəsmə əməliyyatları zamanı yerli qəbilələrin müşahidə edildiyini açıqlayıb.
Monte Salvado bölgəsində çəkilmiş fotoşəkillərdə 50-dən çox "Maşko-Piro" qəbilə üzvü göründüyü halda, səlahiyyətlilər yaxınlıqdakı Puerto Nuevo bölgəsində 17 nəfərdən ibarət fərqli bir qrup aşkar ediblər.
Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən 2Survival International" könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların "Maşko Piro" əhalisinə təhvil verilməsini tələb edir.
750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan "Maşko-Piro" qəbiləsinin "dünyanın ən böyük əlaqəsi olmayan qəbilə" olduğu təxmin edilir.