İsrail Yəməndə ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna hücum edib
![](/uploads/posts/2024-07/d1bdeae402_israil-ordusu.jpg)
İsrail qırıcıları Hudeyda limanındakı ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna hücum edib.
Bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
“Biz ikili təyinatlı obyektlərə, o cümlədən enerji infrastrukturuna hücum reallaşdırdıq” - deyə Həcəri qeyd edib. "Bu, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən ən uzun hücumlardan biri idi" - İsrail Müdafiə Qüvvələrinin sözçüsü fikrini yekunlaşdırıb.