Hizbullah İsrailə hücum etməyə davam edərsə, "ölümcül" cavabla qarşılaşacaq - İsrail


İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həcəri bildirib ki, Hizbullah İsrailə hücum etməyə davam edərsə, öldürücü cavabla üzləşəcək.


Bu barədə "Times of Israel" xəbər veri. “Hizbullah dünən İranın rəhbərlik etdiyi və dəstəklədiyi əməliyyat səylərimizi Qəzza zolağından yayındırmaq üçün bir sıra hücumlar həyata keçirdi, eyni zamanda Livan dövlətini və onun vətəndaşlarını təhlükəyə atdı”, - deyə Həcəri bildirib. “Biz şimal sərhədində qüvvələrimizi artırmışıq və bizə qarşı istənilən fəaliyyətə aqressiv şəkildə cavab veririk” - o əlavə edib.

Onun sözlərinə görə, Livanla sərhəddən iki kilometrə qədər radiusda yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsi dinc əhaliyə dəyən zərərin qarşısını almaq məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu