ABŞ bombardmançıları Finlandiya üzərində təlim uçuşu həyata keçirib


ABŞ-ın iki B-52 Stratofortress bombardmançı təyyarəsi Finlandiya hava məkanında təlim uçuşu həyata keçirib.



Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İki Amerika B-52 Stratofortress bombardmançı təyyarəsi 21 iyul 2024-cü il bazar günü təlim çərçivəsində Finlandiya hava məkanı üzərində uçub. Uçuşa həmçinin ABŞ-ın iki KC-135 və bir KC-46 tanker təyyarəsi də cəlb olunub. Uçuş Laplandiya üzərindən Norveçdən cənuba doğru hərəkət edib”, - deyə departamentin saytında məlumat verilib.

Məlumatda bildirilib ki, bu cür hava əməliyyatları əməkdaşlığı inkişaf etdirən müttəfiq ölkələrin birgə təlimlərinin tərkib hissəsidir.

Qeyd olunub ki, Amerika bombardmançılarının uçuşu Finlandiyanın milli qanun və qaydalarına uyğun həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu