Almaniyada Avro-2024-ün finalı öncəsi terror aktının qarşısı alınıb


Almaniya polisi 2024-cü il Avropa çempionatında İspaniya - İngiltərə matçının finalına bir neçə saat qalmış Berlinin Breitscheidplatz meydanında terror aktının qarşısını alıb.



Bu barədə “The Sun” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Terrorçuların hədəfi Berlinin Breitscheidplatz meydanında İngiltərə millisinin azarkeşlərinin fan zonası olub. Alman polisi reydlər zamanı 3 şübhəlini saxlayıb, bunun sayəsində terror aktının qarşısı alınıb.

Materialın müəllifləri əlavə ediblər ki, bütün şübhəlilər əvvəllər polis nəzarətində olublar. Mənbələrin bildirdiyinə görə, onların telefonlarında Berlin meydanının və orada yerləşən kilsənin fotosu tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu