Baş ağrısı şikayəti ilə getdi, kəllə sümüyündən 77 iynə çıxarıldı
Hindistanda 19 yaşlı qadının başından 77 iynə çıxarılıb. Baş ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilən qadın ümumilikdə 2 əməliyyat olunub. Səlahiyyətlilər qadının psixoloji probleminin olmadığını bildirib və polis iynə batırma müalicəsini həyata keçirən şübhəlini həbs edilib.
Hindistanda 19 yaşlı qadının başından sağlamlığını yaxşılaşdırmaq üçün batırıldığı 77 iynə çıxarılıb. Sövdələşməni həyata keçirdiyi iddia edilən şəxs polis tərəfindən həbs edilib.
Hindistanın şərqindəki Odişa əyalətində yaşayan qadın müşahidə altında saxlanılıb. Səlahiyyətlilər qadının psixoloji probleminin olmadığını bildirib.
Gənc qız şiddətli baş ağrısı şikayəti ilə cümə axşamı əyalətin Bhima Bhoi Tibb Fakültəsi və Xəstəxanasına yerləşdirilib. Skan zamanı onun başına çoxlu iynələr batırıldığı məlum olub.
Əvvəlcə səkkiz iynə çıxarılsa da, vəziyyəti yaxşılaşmayıb və ona görə də başqa xəstəxanaya köçürülüb. Burada aparılan iki əməliyyat zamanı daha 70 iynə çıxarılıb.
Əməliyyat gecə saat 2 radələrində başlayıb və bir saat yarım davam edib. İynələrin heç birinin sümüklərə nüfuz etmədiyi bildirilərkən, onların yumşaq toxuma qanamasına səbəb olduğu qeyd edilib.
İynələrin qadının başına hansı səbəbdən vurulduğu hələlik bəlli olmasa da, onu sehrdən xilas etmək üçün müalicə məqsədilə batırıldığı iddia edilib.