Etna dağı yenidən kül və lava püskürüb


İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etna yenidən kül və lava püskürüb.



İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Siciliya adasında yerləşən və hündürlüyü 3 min 30 metr olan Etna dağı yenidən kül və lava püskürüb.

Kataniya hava limanını işlədən şirkətdən verilən açıqlamada partlayış nəticəsində atmosferə yayılan kül buludu səbəbiylə uçuşların müvəqqəti olaraq dayandırıldığı bildirilib. Açıqlamada bəzi sərnişinlərin yaxınlıqda yerləşən müxtəlif hava limanlarına istiqamətləndirildiyi bildirilib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) açıqlamasında vulkanik fəaliyyətin intensiv olduğu və Etnanın yaydığı külün təxminən 8 kilometr yüksəkliyə çatdığı bildirilib.

Avropa qitəsinin ən yüksək aktiv vulkanı olan Etna dağında iyulun əvvəlindən bəri tez-tez vulkanik aktivlik müşahidə olunur.

Vulkan 2023-cü ilin dekabrında güclü kül və lava püskürdükdən sonra bu ilin iyul ayına qədər sakit olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu