Çin özünün Ay stansiyasına 50 ölkəni cəlb etməyi planlaşdırır
Çin "International Lunar Research Station" (ILRS) proqramı çərçivəsində əməkdaşlığa 50 ölkəni cəlb etməyi planlaşdırır.
Bu barədə SpaceNews xəbər verib.
Çinin Ayın kəşfiyyatı proqramının baş dizayneri Vu Veyren Çin Qlobal Televiziyası Şəbəkəsinə müsahibəsində “Biz bütün ölkələrlə, o cümlədən qlobal cənub ölkələri, inkişaf etməkdə olan BRİKS ölkələri, eləcə də Qərb ölkələri ilə beynəlxalq əməkdaşlığa açığıq” deyib.
Onun sözlərinə görə, Çin hazırda 10-dan çox ölkə və 30-a yaxın xarici tədqiqat institutu ilə ILRS ilə bağlı müqavilələr imzalayıb: "Biz 50 ölkə ilə işləməyə ümid edirik, 500 xarici tədqiqat institutunu və 5000 xarici alimi beynəlxalq Ay tədqiqat stansiyamızı birgə qurmaq üçün dəvət edirik".