Batan “Arqos Corciya” gəmisinin ekipajının axtarışları davam edir


Folklend adaları yaxınlığında batmış “Arqos Corciya” gəmisinin itkin düşmüş ekipaj üzvlərinin axtarışları bərpa edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə gəmi sahibi Ervik Havfiske şirkətinin icraçı direktoru Stiq Ervik bildirib.

Axtarışlara iki gəmi cəlb olunub, itkin düşənlər arasında ruslar da var. Qeyd edək ki, axtarış tədbirləri hava şəraiti ilə əlaqədar dayandırılmışdı.

İyulun 24-də Cənubi Atlantik Okeanında balıqçı gəmisinin qəzaya uğradığı məlum olub. EFE-nin məlumatına görə, gəminin göyərtəsində ispanlar, uruqvaylılar, perulular, indoneziyalılar və ruslar olub.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, gəmidə olan səkkiz rus vətəndaşdan biri itkin düşənlər siyahısındadır. Üç nəfər rus sərnişini xilas etmək mümkün olmasa da, dörd rusu xilas etmək mümkün olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu