Ağ Ev Qolan hücumunda Hizbullahı günahlandırıb


Şiə Hizbullah hərəkatı iyulun 27-də Qolandakı Dürzilərin Məcdəl Şəms kəndinə raket hücumuna görə məsuliyyət daşıyır.


Bu bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrien Vatson çıxış edib.

“Dünən İsrailin şimalında futbol oynayan bir neçə uşağın ölümü ilə nəticələnən dəhşətli hücumdan sonra biz daim israilli və livanlı həmkarlarımızla məsləhətləşirik” - deyə Vatson bildirib. Onun sözlərinə görə, hücumu Hizbullah həyata keçirib: "Bu, onların raketi idi, onların nəzarəti altında olan ərazidən buraxılıb. Bu, hamılıqla pislənməlidir".

Vatsonun sözlərinə görə, Hizbullah hərəkatı oktyabrın 8-də İranın dəstəklədiyi digər terror qruplaşması olan HƏMAS-la həmrəylik elan edərək İsrailə raket zərbələri endirməyə başlayıb.

İyulun 27-də axşam saatlarında İsrail ordusu Livandan ölkənin şimalını növbəti dəfə kütləvi atəşə tutduğunu bildirib. Mərmilərdən biri həmin an uşaqların olduğu Məcdəl Şəmsdə futbol meydançasına düşüb, 12 nəfər ölüb, 19 nəfər yaralanıb. İsrail hakimiyyəti insidentdə Livan və Hizbullahı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib. Hizbullah hadisə ilə bağlı hər hansı əlaqəni inkar edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu