Almaniya iqtisadiyyatı kiçildi


Almaniya iqtisadiyyatı ilin ikinci rübündə mövsümi əsasda 0,1 faiz kiçilib.



Almaniya Federal Statistika İdarəsi (Destatis) ikinci rüb üçün ümumi daxili məhsulun (ÜDM) ilkin məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM bu ilin aprel-iyun dövründə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb.

Bazar gözləntisi dünyanın dördüncü ən böyük iqtisadiyyatının rüblük əsasda 0,1 faiz artacağı idi.

Almaniya iqtisadiyyatı bu ilin ikinci rübündə illik bazda 0,1 faiz kiçilib.

Qeyd edək ki, ölkə iqtisadiyyatında ilin birinci rübündə 0,2 faiz artım qeydə alınmışdı.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu