Haniyə Qətərdə dəfn olunacaq


İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün Qətərdə dəfn mərasimi keçiriləcək.



Dohada qılınan cənazə namazından sonra İsmayıl Haniyə Lüseyl şəhərində torpağa tapşırılacaq.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bir müddətdir yaşadığı Qətərdə son səfərinə yola salınır. İmam Məhəmməd bin Əbdülvəhhab məscidində cümə namazından sonra cənazə proqramı təşkil olunacaq.

Cənazə namazına ərəb və İslam dünyasının bir çox liderləri qatılacaq.

Mənbə: TRT Haber




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu