X-in San Fransiskodakı baş ofisi bağlanır


İlon Maska məxsus X sosial media platformasının Kaliforniya ştatının San-Fransisko şəhərindəki baş ofisinin bağlanacağı açıqlanıb.



New York Times qəzeti X şirkətinin baş direktoru Linda Yakkarinonun əməkdaşlarına göndərdiyi elektron məktubu əldə edib.

Müvafiq olaraq, e-poçtda Yakkarino əvvəllər Twitter kimi tanınan X-in San Fransisko qərargahının yaxın həftələrdə bağlanacağını açıqlayıb.

İşçilərin San Xosedəki mövcud ofislərə köçəcəyini ifadə edən Yakkarino, Palo Alto bölgəsində mühəndislik yönlü bir ofis açılacağını və bunun Maskın süni intellekt şirkəti xAI ilə paylaşılacağını da ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu