Maduro canlı yayımda "WhatsApp"ı sildi


Venesuela prezidenti Nikolas Maduro ölkədəki bəzi qrupların "WhatsApp" vasitəsilə zorakılıq və nifrət yaydığını əsas gətirərək canlı yayımda bu proqramı silib.



Paytaxt Karakasda qatıldığı xüsusi televiziya verilişində telefon ekranını kameralara göstərən Maduro "WhatsApp" tətbiqini silib.

Maduro sosial liderlərin, eləcə də əsgərlərin və polisin "WhatsApp" vasitəsilə təhdid edildiyini, buna görə də ictimaiyyətdən könüllü olaraq və tədricən "WhatsApp"ı silmələrini istəyib.

Maduro cəmiyyətə səslənərək, ""WhatsApp"dan qurtuldum. Venesuelalı ailələr, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? "WhatsApp"ı silin, çünki bütün Venesuelanın siyahısını Kolumbiyalı narkotik tacirlərinə və imperializmə verib. "WhatsApp"a Yox. "Telegram" və "Wechat'i tövsiyə edirəm" deyib.

Maduronun sözlərini studiyadakılar alqışlarla qarşılayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu