İran: Avropa İsrailə verdiyi dəstəklə bütün diplomatik kanalları bağladı


İran xarici işlər nazirinin müavini Əli Bakiri bəzi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzünü pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Təl-Əvivə qarşı təsirli və çəkindirici qərarlar qəbul etməsinə mane olmaqla faktiki olaraq bütün diplomatik kanalları bağlamaqda günahlandırıb.



İran xarici işlər nazirinin müavini Əli Bakiri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə telefonla danışıb.

Görüşdə Bakıri İsrailin bölgədəki hücumlarını və HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinin səbəbkarını açıqlayıb və bu sui-qəsdi İranın milli suverenliyinə hücum kimi qiymətləndirdiklərini bildirib.

Avstriyanın xarici işlər naziri Şallenberq bölgədəki gərginliklə bağlı narahatlığını dilə gətirib.

Şallenberq bəyan edib ki, bütün tərəflər təmkinli olmalı və gərginliyi azaltmaq üçün bütün diplomatik imkanlardan istifadə etməlidirlər.

İran xarici işlər nazirinin müavini Bakiri bildirib ki, Avropa tərəfi İsrailin beynəlxalq hüquqa zidd terror aktlarını pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu rejimə qarşı təsirli və çəkindirici qərar qəbul etməsinə mane olmaqla, praktiki olaraq bütün diplomatik kanalları bağlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu