KİV: ABŞ Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi Çini geridə qoyub


ABŞ 2024-cü ilin birinci yarısında Almaniyanın ən böyük ticarət tərəfdaşı kimi Çini geridə qoyub.


AFN.az xəbər verir ki, bu barədə Almaniyanın statistika idarəsinin ilkin məlumatlarında əksini tapıb. Berlin dayanıqlı ABŞ iqtisadiyyatı fonunda Pekindən asılılığı azaltmağa təkan verir.

"Reuters"in statistik məlumatlara əsaslanan hesablamalarına görə, Almaniyanın dünyanın ən böyük iqtisadiyyatına idxalı və ixracı yanvar-iyun ayları arasında təxminən 127 milyard avro (139 milyard dollar), Çin üçün isə 122 milyard avro təşkil edib. ABŞ artıq birinci rübdə Çini qabaqlayıb.

Alman Ticarət və Sənaye Palatasının (DIHK) xarici ticarət üzrə eksperti Lola Machleidt Reuters agentliyinə bildirib ki, ABŞ iqtisadiyyatının gücü Almaniyanın ixracını artırmağa kömək edib.

Ümumilikdə, Almaniyanın ABŞ-a ixracı altı ayda 3,3% artaraq 81 milyard avroya yüksəlib, Çinlə ticarət isə təxminən 3% azalaraq 48 milyard avrodan bir qədər çox olub. Çindən idxal təxminən 8% azalaraq 73,5 milyard avroya, ABŞ-dan idxal isə 3,4% azalaraq 46,1 milyard avroya düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu