Çexiya köhnəlmiş tankları Ukraynaya təhvil verəcək


Almaniya silahların Ukraynaya təhvil verilməsi ilə bağlı müqavilə çərçivəsində Çexiyaya 14 "Leopard 2A4" əsas döyüş tankı və 3 "Büffel" zirehli bərpa maşını (ARV) verəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın müdafiə konserni "Rheinmetall" federal hökumətin müvafiq əmrini açıqlayıb.

Beləliklə, Çexiya yenidən Almaniyadan müasir hərbi texnika alacaq və “halqa mübadiləsi” prinsipilə özünü Rusiyanın işğalından qoruyan Kiyevə sovet tipli tanklar verəcək.

Yeni müqavilənin dəqiq dəyəri açıqlanmır. Bəyanatda yalnız bir neçə yüz milyon avroluq məbləğdən söhbət getdiyi göstərilir. "Çexiya bu sifarişdən ilk tankı bu il, qalanını 2025-ci ilin aprel ayının sonuna, evakuasiya maşınlarını isə 2026-cı ilin əvvəlinə qədər alacaq", - deyə Düsseldorfda yerləşən konserndən bildirilib. Çexiyanın alacağı "Leopard" tankları başqa ölkələrin ehtiyatlarından yenilənmiş köhnə modellərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu