Nigeriyada zəncirvari yol qəzası nəticəsində 16 nəfər ölüb, 17 nəfər yaralanıb


Nigeriyanın Oyo əyalətində yük maşını, sərnişin avtobusu və 2 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 16 nəfər ölüb.


Yerli mətbuatın məlumatına görə, Oyo əyalətinin paytaxtı İbadanda sürücüsü sükan idarəetməsini itirən yük maşını Ojo-İvo yolunda sərnişin avtobusu və 2 nəqliyyat vasitəsinə çırpılıb.

Nigeriya Milli Yol Təhlükəsizliyi Oyo Dövlət İdarəsindən verilən açıqlamada 16 nəfərin öldüyü, 17 nəfərin isə ağır yaralandığı bildirilib.

Açıqlamada yaralıların ətraf xəstəxanalara aparıldığı və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu