Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 30 nəfər yaralanıb


Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli ətrafında baş verib.

Sürücülərinin adları və dövlət nömrələri məlum olmayan "Van Gölü" şirkətinə məxsus sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub.

Xəbər üzərinə çox sayda təcili yardım, xilasedici və jandarma qrupları bölgəyə sövq edilib. Qəzada avtobusun sürücüsü və 1 sərnişin dünyasını dəyişib, 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.

Yaralılar təcili yardımla xəstəxanalara aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu