Haniyənin oğlu: Atamın qaldığı otağı vuran raket mobil telefonun siqnalı ilə idarə olunub


HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin oğlu Əbdüsselam Haniyə İranın paytaxtı Tehranda atasının öldürülməsində istifadə edilən idarə olunan raketin cib telefonu siqnallarının izlənilməsi ilə idarə olunduğunu açıqlayıb.



Əl Ərəbiyyədə dərc olunan xəbərə görə, sui-qəsdlə bağlı açıqlama verən Haniyə atasının ölümünə səbəb olan idarə olunan raketin telefon siqnalı ilə yönləndirildiyini bildirib.

Atasının ölümünə hər hansı bir bomba qurğusunun səbəb olduğunu düşünmədiyini bildirən Haniyə, “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından bir neçə metr aralıda oturmuşdular, ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır” deyib.

Həmas liderinin qaldığı otağın raketlə hədəfə alınması ilə bağlı Haniyə bunları deyib:

“İdarə olunan raket hadisədən bir gün əvvəl atamın otağında və başının yanında tapılan mobil telefonunu izləməklə idarə olunub. Atam mobil telefonundan istifadə edərək rəsmi mərasimdə iştirak etdiyi üçün bu əməliyyat çox da mürəkkəb olmayıb. Həmin gün atamla bir neçə dəfə telefonla danışmışıq. Onun öldürüldüyü gecə saat 22.15-ə qədər telefonundan aktiv istifadə etdiyini düşünürəm”.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu