Hizbullah İsrailin qərargahını vurub


Hizbullah İsrailin şimalındakı hərbi hədəflərə hücum etdiyi açıqlanıb.



Hizbullahın verdiyi açıqlamada İsrailin şimalındakı “Raviye” kazarmasındakı 188-ci Zirehli Briqadanın qərargahının kamikadze pilotsuz uçuş aparatları ilə hədəf alındığı, qərargahdakı əsgər və zabitlər arasında yaralıların olduğu bildirilib.

Başqa bir açıqlamada Qolan təpələrində İsrail ordusunun Əz-Zağuradakı artilleriya mövqelərinin raketlərlə hədəf alındığı, eyni şəkildə şimaldakı Əl-Mıtilli bölgəsində İsrail əsgərlərinin istifadə etdiyi bir binanın da vurulduğu qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu