"Qarabağ" yeni qapıçısının adını "Dinamo" ilə oyun siyahısına daxil etdi

"Qarabağ" yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.
Yeni alınan qolkiper Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.
Təmsilçimiz avqustun 15-də 24 yaşlı polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.
"Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.