"Qarabağ" "Ludoqorets"i öz meydanında darmadağın etdi


"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.


Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu