BMT: Qəzza zolağında hərbi əməliyyatlar zamanı 115 körpə ölüb


Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərin hamısı səkkiz aydan kiçik olub. “Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 körpə (42%) var”, - deyə sənəddə qeyd olunur.

Hesabatda bildirilir ki, anklavın Səhiyyə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, 2024-cü il avqustun 1-nə şəxsiyyətləri müəyyən edilən və sənədləşdirilən 32,3 min ölən arasında 10,6 min uşaq, o cümlədən 663 bir yaşa qədər uşaq var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu