Fransa Yeni Kaledoniyada komendant saatının müddətini uzadıb


Fransa hökuməti Hind-Sakit Okean müstəmləkəsindəki Yeni Kaledoniyada yerli əhalinin seçkilərdə təsirini azaldacaq konstitusiya islahat təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarlarını sıxışdırmaq üçün gücdən istifadə etməyə davam edərək, adada tətbiq edilən gecə vaxtı komendant saatının müddətini avqustun 26-dək uzadıb.



Fransadan təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada başlayan hadisələr Fransa hökumətinin yerli xalqla daha əvvəl etdiyi razılaşmalara zidd bir konstitusiya islahatını həyata keçirmək istəməsindən sonra davam edir.

Fransa hökuməti təxminən 3 aydır adaya göndərilən 3 minə yaxın təhlükəsizlik işçisi ilə yerli xalqın seçkilərdə təsirini azaldacaq konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarlarını sıxışdırmağa çalışır.

Avqustun 15-də təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində bir nəfərin daha ölməsindən sonra Fransa Ali Komisarlığı adadakı məktəblərin növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.

Belə ki, Fransa təhlükəsizlik qüvvələrinin may ayından bu yana həyata keçirdiyi əməliyyatlarda 11 nəfər həyatını itirib, adada saat 22.00-05.00 arasında tətbiq edilən komendant saatı avqustun 26-dək uzadılıb.

Adada silah gəzdirmək, daşımaq və spirtli içkilərin satışına da qadağa var.

Yeni Kaledoniya Sənaye və Ticarət Palatasının (CCI) məlumatlarına görə, adada məskunlaşan 6 min insan dərinləşən siyasi qeyri-müəyyənlik və iqtisadi tənəzzül səbəbiylə ilin əvvəlindən bəri Yeni Kaledoniyanı tərk edib. Mayın 13-də başlayan hadisələrdən sonra immiqrantların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 200 faiz artıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu