Yeni Kaledoniyada beynəlxalq hava limanı yenidən fəaliyyətə başlayır


Fransanın Hind-Sakit okean bölgəsindəki müstəmləkəsi olan Yeni Kaledoniyada baş verən hadisələrdən sonra həftələrdir bağlı olan beynəlxalq hava limanının sabahdan etibarən fəaliyyətə başlayacağı bildirilib.


Fransa hökumətinin yerli xalqların seçkilərdə təsirini azaltmağa yönəlmiş konstitusiya islahatı cəhdinə qarşı müstəqillik tərəfdarlarının başlatdığı hadisələrin bir neçə həftədir davam etdiyi Yeni Kaledoniya Respublikası kimi tanınan koloniyada olan Fransa Ali Komissiyası məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada adanın paytaxtı Noumea şəhərində yerləşən və Yeni Kaledoniyanı Sidney, Tokio və Sinqapur kimi digər Sakit okean paytaxtlarına birləşdirən Tontouta Beynəlxalq Hava Limanının sabah yenidən açılacağı bildirilib.

Fransa Ali Komissiyası həmçinin tədricən normal həyata qayıtmağın asanlaşdırılması üçün saat 18:00-da başlayan komendant saatının müddətinin 2 saat qısaldılacağını və saat 20:00-dan etibarən tətbiq ediləcəyini açıqlayıb.

Fransa hökumətinin yerli xalqın gücünü qıracaq konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan Yeni Kaledoniyada müstəqillik tərəfdarları mayın 13-dən etibarən hərəkətə keçib. Fransa hökuməti başda paytaxt Noumea olmaqla adanın müxtəlif bölgələrində hərəkətə keçən müstəqillik tərəfdarlarına qarşı əməliyyat keçirmək üçün bölgəyə polis və jandarm göndərib və fövqəladə vəziyyət elan edib.

Adada baş verən hadisələrdə 2-si jandarma olmaqla 9 nəfər həyatını itirib. Fransa prezidenti Emmanuel Makron 30 iyun və 7 iyul tarixlərində keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi konstitusiya islahatları təşəbbüsünü dayandırdığını açıqlayıb.

Adada fransız seçicilərin sayını artıracaq konstitusiya islahatının qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatasının toplaşdığı Konqresdə qəbul edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu