Blinken: Hazırkı danışıqlar əsir mübadiləsi və atəşkəs üçün son şansdır


ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında əsir mübadiləsi və Qəzza zolağında atəşkəs üçün davam edən danışıqların son şans ola biləcəyini açıqlayıb.



Əsir mübadiləsi və atəşkəs danışıqlarını müzakirə etmək üçün bölgəyə gələn Blinken təmaslarına ilk dayanacağı İsraildə başlayıb.

İsrail prezidenti İsaak Hersoq oktyabrın 7-dən bu yana bölgəyə 9-cu səfərini edən Blinkeni qəbul edib.

Blinken görüşdən əvvəl verdiyi açıqlamada İsrail və HƏMAS arasında əsir mübadiləsi və Qəzzada atəşkəs üçün aparılan danışıqlara toxunub.

Danışıqların məhbus mübadiləsi və atəşkəs üçün həlledici an adlandıran Blinken, indiki danışıqların girovları evlərinə qaytarmaq, atəşkəs yaratmaq və qalıcı sülh və təhlükəsizlik üçün ən yaxşı, bəlkə də sonuncu fürsət olduğunu vurğulayıb.

Blinken həmçinin İran və İsrail arasındakı gərginliyin regional gərginliyə səbəb olmaması üçün səy göstərdiklərini də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu