İtaliyada 22 turistin olduğu yelkənli qayıq batıb: 7 nəfər itkin düşüb


İtaliyanın Siciliya adasının sahillərində 22 turisti daşıyan Britaniya bayraqlı yelkənli qayığın batması nəticəsində 7 nəfərin itkin düşdüyü bildirilib.



İtaliyanın Palermo sahillərində Siciliya adasında yelkənli qayıq batıb.

Yelkənli qayığın batması nəticəsində 2-si Britaniya-Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşı olmaqla, 7 nəfərin itkin düşdüyü bildirilib.

İtaliya Sağlamlıq Təhlükəsizliyi qasırğa və dalğa nəticəsində bölgədə gün çıxanda İngiltərə bayrağı altında üzən 50 metrlik yelkənli qayığın batdığını, hadisədən sonra biri uşaq olmaqla 15 nəfərin xilas edildiyini açıqlayıb.

İtaliya yanğınsöndürmə idarəsinin dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirirlər.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu