Onlarla iranlı qaçqın dənizdə boğulub


Avropa ölkələrinə sığınmaq istəyən iranlı və əfqanıstanlı qaçqınları daşıyan qayığın batması nəticəsində onlarla insan həyatını itirib.


Türkiyənin İzmir şəhərindən qanunsuz olaraq yola düşən qayıq İtaliya sahillərində batıb. 12-si uşaq olmaqla 59 nəfərin suda boğularaq öldüyü, onlarla insanın isə itkin düşdüyü bildirilir.
İtaliya mediasının verdiyi məlumata görə, ölənlərin sayı daha çoxdur və sadəcə onlardan 59-nun meyiti tapılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu