Beynəlxalq Qızıl Xaç Komitəsi: 2024 humanitar işçilər üçün daha ölümcül ola bilər


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric Egger bildirib ki, 2023-cü il humanitar yardım işçiləri üçün ən ölümcül il kimi qeydə alınıb, lakin 2024-cü il isə daha ölümcül il ola bilər.



Egger 19 Avqust Ümumdünya Humanitar Günü münasibətilə mesaj dərc edib.

Ötən ilin dünya miqyasında humanitar yardım işçiləri üçün ən ölümcül il olduğunu xatırladan Egger, 2024-cü ilin humanitar yardım işçiləri üçün daha ölümcül ola biləcəyini qeyd edib.

Egger humanitar yardım işçiləri və tibb işçiləri də daxil olmaqla mülki şəxslərə zərər verən və ya öldürən silahlı qarşıdurmaların faciəvi şəkildə artdığını vurğulayaraq, "Mülki vətəndaşların və ya onlara yardım etməyə can atanların belə bir təhlükə ilə üzləşməsi qəbuledilməzdir. Humanitar yardım işçiləri hücuma məruz qaldıqda mülki şəxslər də əziyyət çəkir. Çünki təhlükəsizlik şərtlərinin pisləşməsi yardım səylərinə mane olur" qeyd edib.

Qızıl Xaç Qızıl Aypara Hərəkatının əməkdaşları və könüllülərinin hər gün qarşıdurmaların ön cəbhəsində çalışdığını qeyd edən Egger, bu insanların hədəfə alınmasının dözülməz olduğunu bildirib.

"Təkcə 2023-2024-cü illərdə BQXK-nın 6 əməkdaşı həlak olub, 14 nəfər yaralanıb", - deyə Egger bildirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il dünyada 280 yardım işçisinin öldürüldüyünü və 2023-cü ilin qlobal humanitar birlik üçün ən ölümcül il olduğunu açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu