"Lufthansa" Yaxın Şərqə uçuşların ləğvini avqustun 26-dək uzadıb
Almaniyanın "Lufthansa" aviaşirkətinin Yaxın Şərqdəki gərginliyə görə Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə uçuşların təxirə salınmasının müddətini uzatdığı açıqlayıb.
"Luftansa" tərəfindən verilən açıqlamada, mövcud təhlükəsizlik təhlilinə əsasən Yaxın Şərqdəki əməliyyatlarının yeniləndiyi bildirilib.
Açıqlamada Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşların avqustun 26-na qədər dayandırıldığı və ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantının təklif edildiyi bildirilib.
"Lufthansa" daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 21-dək ləğv etmişdi.
Qeyd edək ki, "Lufthansa" qrupuna "Buraya Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər daxildir.