Çin 11 yeni nüvə reaktoru tikəcək


Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib.



Milli mətbuatda yer alan xəbərə görə, ölkədə kabinet funksiyasını yerinə yetirən Dövlət Şurasının dünənki iclasında Şandunq, Jiangsu, Cjiang, Quangdong əyalətlərində və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.

İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.

Dövlətə məxsus Çin Baş Nüvə Enerjisi Korporasiyası (CNGP) 6 reaktorun, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) 2 reaktorunun tikintisini həyata keçirəcək.

Xatırladaq ki, Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləyib.

Qeyd edək ki, hazırda ölkədə 55 aktiv nüvə reaktoru var.

Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu