Dünyanın ikinci ən böyük almazı Botsvanada tapılıb


Botsvanadakı Karove almaz mədənindən 2492 karat (təxminən 499 qram) ağırlığında indiyə qədər tapılmış ən böyük almazlardan biri aşkar edilib.



Botsvana hökuməti 2492 karatlıq nəhəng daşın mədəndən çıxarılan ikinci ən böyük daş olduğunu və bu gün sərgilənəcəyini açıqlanıb.

Sözügedən almazı çıxaran Kanadanın “Lucara Diamond Corp.” mədən şirkətinin açıqlamasında Karove mədənindən rentgen texnologiyasından istifadə edilməklə heç bir zərər görmədən çıxarılan xam almazın qeyri-adi və keyfiyyətli olduğu bildirilib.

"Lucara Diamond"un prezidenti və icraçı direktoru Uilyam Lamb verdiyi açıqlamada, "Bu qeyri-adi 2,492 karat almazın üzə çıxarılmasından məmnunuq" deyib.

Botsvana hökuməti yeni kəşf edilən almazın Botsvana prezidenti Mokgvitsi Masinin ofisində dünyaya təqdim ediləcəyini açıqlayıb. Masisi almazı ilk görən insanlardan biri olacaq.

Öz çəkisi ilə sözügedən almaz 1905-ci ildə Cənubi Afrikada tapılan 3106 karatlıq (təxminən 621 qram) "Cullinan Diamond"dan sonra son yüz ildə ikinci ən böyük almaz olacaq.

Qeyd edək ki, əvvəllər Karove mədənindən çəkisi 1000 karatdan çox olan dörd almaz çıxarılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu