ABŞ və Aİ ölkələri Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar hazırlayır


ABŞ və Aİ ölkələri Rusiya almaz sənayesinə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə hazırlaşırlar.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat açıqlayıb. Bildirilir ki, ABŞ və Aİ ölkələrinin rəsmiləri bununla bağlı almaz sənayesi şirkətlərinin rəhbərləri ilə görüş keçiriblər.

"Bu gün səfir Ceyms O'Brayen ABŞ və Avropanın aparıcı almaz ticarəti ofisləri, istehsalçıları, laboratoriyaları və sənaye ticarət assosiasiyaları ilə RF ilə bağlı idxal nəzarətini müzakirə etmək üçün Avropa Komissiyasının baş direktorunun müavini və ticarətin mühafizəsi üzrə baş direktoru Denis Redonnetlə görüşdü", - Dövlət Departamentinin bəyanatında belə deyilir. O da qeyd edilir ki, Rusiyaya almazın emalı və hasilatından əldə olunan gəlir axınını kəsmək üçün təsirli üsulların tətbiqinə ehtiyac var.

Bundan əvvəl G-7 ölkələri və Avropa İttifaqının Rusiya almazlarının satışını məhdudlaşdırmaq üçün onların tədarük marşrutlarını izləmək yollarını öyrəndikləri bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu