Avstraliya oktyabrda Qırmızı dəniz patrul qruplarına rəhbərlik edəcək


Avstraliya 2024-cü ilin oktyabr ayından etibarən ilk dəfə Qırmızı dənizdə patrul aparan beynəlxalq işçi qrupunun komandanlığını öz üzərinə götürəcək.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Bu ilin oktyabr ayından başlayaraq növbəti altı ay ərzində Avstraliya Silahlı Qüvvələri Birləşmiş Dəniz Qüvvələrinin (CMF) bir hissəsi kimi Qırmızı dənizdə 153 saylı İşçi Qüvvəyə komandanlıq edəcək Qırmızı dəniz, Bab əl-Məndeb boğazı və Ədən körfəzindəki əsas ticarət yollarıdır”, - deyə qurumun açıqlamasında bildirilir.

Nazirlik həmçinin bildirib ki, Avstraliya Hərbi Dəniz Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Qırmızı dənizdə husilərə qarşı əməliyyatlarında iştirakını davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu